Naxçıvanda kardioloji xidmətlərin keyfiyyəti yaxşılaşdırılır - VİDEO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikada kardioloji xidmətlərə olan tələbatın tam, vaxtında və keyfiyyətli təmin edilməsi istiqamətində işləri davam etdirir. Ötən ilin avqust ayından etibarən Naxçıvan Muxtar Respublika Xəstəxanasında fəaliyyət göstən Kardioloji Mərkəzin imkanları genişləndirilir. Mərkəzdə yeni əməliyyat bloku və reanimasiyanın yaradılması üçün müvafiq işlərə başlanılıb.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: