Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir müharibə əlilinə dəstək göstərib

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Şərur rayon Axura kənd sakini, III qrup müharibə əlili Kazımov Təvəkkül Heydər oğlunu qəbul edib.

Şura sədri vətəndaşın müraciətini dinləyib, qayğıları ilə maraqlanıb.

AHİK sədr müavininin tapşırığı ilə Təvəkkül Kazımova Şuranın hesabından 200 manat məbləğində maddi yardım verilib.

III qrup müharibə əlili Təvəkkül Kazımov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: