İsa Həbibbəyli: Bu gün Naxçıvan 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır

A- A A+

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd olunması haqqında Sərəncamı Naxçıvanın çoxəsrlik inkişaf yoluna verilən böyük dəyərin nəticəsidir. Naxçıvanın taleyində Ulu Öndərin müstəsna rolu var. Ulu Öndərin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində göstərdiyi xidmətlər muxtar respublika da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük rol oynayıb. Heydər Əliyev Naxçıvan da daxil olmaqla, Azərbaycanın müstəqilliyinə öz möhürünü vurub.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda dəyirmi masada çıxışı zamanı söyləyib.

Akademik vurğulayıb ki, sovet hökumətinin mövcud olduğu dövrlərdə Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması bir qəhrəmanlıq idi. Məhz Heydər Əliyevin böyük nüfuzu sayəsində Naxçıvandan sovet qoşunları qansız-qadasız çıxarıldı və ordunun bütün texnikası, silah-sursatı Naxçıvana qaldı.

Heydər Əliyev Naxçıvanda olmasaydı, onun taleyi Qarabağın taleyi kimi heç də yaxşı olmazdı. Bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: