Uşaqların xoşladığı şəkərli pambıqda kanserogen maddələr aşkarlanıb

A- A A+

Hindistanlı tədqiqatçılar uşaqların sevimli qidalarından biri olan şəkərli pambığın xərçəng xəstəliyi riski daşıdığını müəyyənləşdirib.

NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, sınaq üçün göndərilən laboratoriya nümunələrində xərçəngə səbəb olan Rodamin-B maddəsinin olduğu təsdiqlənib.

Hindistan Səhiyyə Nazirliyi 2006-cı ildə qəbul edilən qida təhlükəsizliyi və standartlar aktına əsaslanaraq tərkibində Rodamin-B maddəsi olan qidaların qablaşdırılmasını və idxalını, eləcə də ölkədə şəkər pambığının satışını qadağan edib.

Qeyd edək ki, uşaqların tez-tez getdiyi əyləncə parklarında, yarrmarka və küçələrdə satılan bu şirniyyat adətən kustar üsulla hazırlanır. Ona çəhrayı rəng vermək üçün flüoresan adlı kimyəvi maddədən istifadə edilir. Bir çox ölkədə tekstil məmulatlarının, kosmetik vasitələrin rənglənməsində istifadə edilən bu maddə ilə qidaları boyamaq qadağan olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: