Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fevralın 22-də “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən aşağıdakı şəxslər təltif edilsinlər:
“Rəşadətli əməyə görə” nişanı ilə
Cəfərov Ədalət Zəfər oğlu
Əliyev Polad Şirzad oğlu
Əliyeva Hüsniyyə Məmməd qızı
Hacıyev Famil Kamil oğlu
İmanov Bəhlul İman oğlu
İmanov Şahin Səyyad oğlu
Sadıqov Əliqulu Yühənnas oğlu".