Ordubadın Dövlət Tarix-Mədəniyyət Qoruğuna çevrilməsi dəyərlərin qorunmasına mühüm töhfədir - VİDEO
Naxçıvanın tarixi abidələrlə zəngin, görkəmli şəxsiyyətləri ilə öyünən, əsrarəngiz təbiəti və meyvələri ilə şöhrət tapan və özünəməxsus mədəni dəyərləri ilə seçilən qədim bölgəsi. Əminəm ki, Ordubaddan söhbət getdiyi sizə də məlumdur. Yüzillik, minillik abidələr bu qədim şəhərin hüsnünə yaraşıqdır. Körpülər, arxeoloji abidələr, məscidlər, mədrəsələr, hamamlar, qalalar, muzeylər... hərəsi bir dövrün, bir zamanın sorağını yaşadır özündə. Ölkə başçısının sərəncamı ilə Ordubadın Dövlət Tarix-Mədəniyyət Qoruğuna çevrilməsi isə bu dəyərlərin qorunmasına və turizm imkanlarının genişlənməsinə böyük təkan verəcək.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: