Əsgərlərə bayram sovqatı paylanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin kollektivi Şahbuz şəhərindəki hərbi hissədə olaraq əsgərlərə bayram sovqatı gətirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev əsgər və zabitləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində mühüm işlər görülür, hər il Azərbaycan ordusunun büdcəsi artırılır. Bu gün Azərbaycan əsgərinin kənardan heç bir təminata ehtiyacı yoxdur. Lakin bayramlarda, əlamətdar günlərdə əsgərlərin yanında olmaq ordu –xalq birliyinin təcəssümüdür.
Hərbi hissənin əsgər və zabitləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Gətirilən bayram sovqatı hərbi hissəyə təqdim olunub.
Həmin gün rayon məhkəməsinin, prokurorluğunun, polis şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin, rayon suvarma sisistemləri idarəsinin, rabitə, elektrik şəbəkəsi, maliyyə şöbəsinin kollektivləri də əsgərlərlə görüşüb onlara bayram sovqatları gətiriblər.
Əsgərlər qarşısında çıxış edən kollektivlərin nümayəndələri bayramlar münasibətilə onları təbrik ediblər. Gətirilən bayram sovqatı əsgərlərə təhvil verilib.
Novruz Məmmədov