Sağlamlıq imkanları məhdud uşaqların bayram sevinci - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni il şənliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış ediblər.
Bildirilib ki, sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli təşkili, o cümlədən bayram günlərində onlar üçün tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə Heydər Əliyev adına Uşaq Gənclər Yaradıclıq Mərkəzinin rəqs qrupu, mahnı və rəqslər ifa edib, Naxçıvan Dövlət Kukla Teatrının aktyorları maraqlı səhnəciklər göstəriblər.
Şaxta baba və Qar qızın da iştirakı tədbirdə uşaqlara bayram hədiyyələri təqdim edilib.
Şəhla Mirzəyeva