Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin “4 Yol” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, avtomobil velosiped sürən Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Bağırov Zakir Ramiz oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstənin vəziyyəti yaxşıdır və o evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.