Türk alim: Həddindən artıq səs-küy uşaqlarda eşitmə zəifliyinə səbəb olur

A- A A+

Həddindən artıq səs-küy uşaqlarda eşitmə zəifliyinə səbəb olur.

NUÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Şirin Seçkin araşdırma aparıb.

Ş.Seçkin bildirir ki, uşaq və yeniyetmələrdə eşitmə itkisi zaman keçdikcə artır. Daimi səs-küyə məruz qalmaq bunun əsas səbəbidir. Yüksək səslə musiqi dinləmək, şəhərin səs-küyünə məruz qalmaq kimi bir çox amil eşitmə qabiliyyətinə mənfi təsir göstərir. Həmin zaman eşitmə qabiliyyəti itir, stress, narahatlıq və yuxu pozğunluğu yaranır. Bundan başqa, danışığa, başa düşməyə, öyrənməyə, qavrayışa, ünsiyyətə və sosiallaşmaya da öz təsirini göstərir.

“Həddindən artıq səs-küyə, uğultuya məruz qalma zamanı yüksək təzyiq və ürək-damar xəstəlikləri də yarana bilər. Evdə yüksək səslə televizora baxmaq, musiqiyə yüksək tonda qulaq asmaq eşitmə üçün çox təhlükəlidir. Bu, uşaq psixologiyasına mənfi təsir edən amillərdir. Buna görə də səs-küylü mühitə daxil olan uşaqlara səsboğucu cihazlar taxmaq əhəmiyyətli olar. Uşaq üçün çox səs-küy yaradan oyuncaqlar alınmamalıdır. Onlar bu istiqamətdə maarifləndirilməlidir. Uşaqlar istifadə etdikləri cihazlara xüsusi önəm verməlidirlər ki, sonradan belə problemlər onların eşitmə qabiliyyətinə mənfi təsir göstərməsin. Yüksək səslə musiqiyə qulaq asmasın, həmin səs həddindən artıq olmasın, eşidə biləcək səviyyədə tənzimlənsin. Çünki sonradan mənfi hallar müəyyən zədələrin yaranmasına səbəb ola bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: