Evlərimizin havasını təmizləmək üçün havatəmizləyici filtlərdən istifadə edirik.
Lakin buna baxmayaraq, havada filtlərin təmizləməkdə çətinlik çəkdiyi zərərli hissəciklər yenə də qalır. Onların arasında xlorlu suda mövcud olan xloroform və benzinin tərkib hissəsi olan benzol var.
Xloroform biz duş qəbul edərkən və ya su qaynadarkən yaranır, benzol isə evimiz yanacaqdondurma stansiyasına yaxın və ya yol kənarında yerləşdikdə əmələ gəlir. Həm xloroform, həm də benzol kanserogen effektə malikdir.
NUHÇIXAN-ın məlumatına görə, Vaşinqton Universitetinin alimləri bu hissəciklərlə mübarizə üçün genetik modifikasiya olunmuş “Qızılı epipremnum” (Epipremnum aureum) adlı bitki yaradıblar.
Bu bitki 2E1 zülalını ifraz edərək zərərli hissəcikləri zərərsiz molekullara çevirir. 2E1 zülalı bütün məməlilərdə, o cümlədən, insanlarda mövcuddur. İnsan orqanizmində 2E1 benzolu fenol adlanan kimyəvi birləşməyə, xloroformu isə karbondioksidə çevirir. Lakin 2E1 insanın qaraciyərində yerləşir və yalnız biz spirtli içki qəbul edərkən fəallaşır. Bizim bədənimiz benzolu və xloroformu təmizləyə bilmir.
Alimlər 2E1 zülalını qızılı epipremnumun tərkibinə daxil edərək bir növ “yaşıl qaraciyər” əldə edə biliblər. Daha sonra alimlər genetik modifikasiya olunmuş qızılı epipremnumla adı epipremnumun benzol və xloroformla necə mübarizə aldıqlarını müqayisə ediblər.
Bunun üçün onlar hər iki bitkini şüşə qablar altına yerləşdirərək oraya qazları buraxıblar. Adi bitki qazlarla mübarizə apara bilməyib, genetik modifikasiya olunmuş bitki isə üç gün sonra xloroformun miqdarını 82 faiz azaldıb, altı gün sonra isə onun miqdarını sıfıra endirib. Benzolun miqdarı isə səkkiz gün ərzində 75 faizə qədər azalıb.