Daha bir qazinin xərcləri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən qarşılanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi qazisi Babayev Şakir Zəfər oğlunu qəbul edib.

Şura sədri qazinin səhhəti və müalicəsi ilə maraqlanıb.

AHİK sədr müavininin tapşırığı ilə Şakir Babayevin Bakı şəhərində əməliyyat xərcləri üçün müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib.

Vətən müharibəsi qazisi göstərilən qayğıya görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hər zaman şəhid ailələri, qaziləri, vətən müharibəsi iştirakçılarını diqqətdə saxlayır və problemlərinin həlli istiqamətində əməli addımlar atır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: