Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifələrindən azad edilmələri haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul edib.
NUHÇIXAN-ın məlumatına görə, qərarda deyilir:
““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:
Polad Vəli oğlu Həsənov,
Qabil Neymət oğlu Məmmədov.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir".