Əsgərlərə bayram sovqatı aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Naxçıvan Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Fərda” kiçik müəssisəsinin nümayəndələri Naxçıvan şəhərində yerləşən hərbi hissəyə bayram sovqatı gətiriblər.
Əsgər və zabitlərlə keçirilən görüşdə icra hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, ölkəmizdə, o cümlədən də muxtar respublikamızda milli ordunun hərtərəfli inkişafına, respublikamızın iqtisadi qüdrətinin daha da gücləndirilməsinə daim diqqət və qayğı göstərilir. Məhz buna görə də ordumuz regionun ən güclü Silahlı Qüvvələrinə çevrilib. Hərbi hissələrdə əsgər və zabitlərin xidməti üçün yüksək səviyyədə şərait yaradılıb. Qeyd olunub ki, ordumuzun heç nəyə ehtiyacı yoxdur. Lakin belə görüşlər xalqla ordunun birliyini nümayiş etdirir.
Mirsənani Seyidov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, Vətənə sədaqətlə xidmət etməyi arzulayıb.
Əsgər və zabitlər qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonra gətirilən bayram sovqatı hərbi hissəyə təqdim edilib.
Əbülfəz Dünyamalıyev