"Haber Global" Korsikadakı son hadisələrlə bağlı süjet hazırlayıb - VİDEO
Fransanın müstəmləkəsi altında olan Korsikanın müstəqilliyinin əldə edilməsi istiqamətində önəmli addımlar atacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Korsika adasındakı son vəziyyətlə bağlı hazırladığı xüsusi süjetdə qeyd olunub.
Süjetdə vurğulanıb ki, 350 min nəfərin yaşadığı bu ərazinin əhalisinin böyük hissəsi müstəqillik istəyir. Mart ayında iki önəmli iclas keçiriləcək:
"Bu gündən etibarən iki böyük prosesə şahid olacağıq. Belə ki, ötən ilin iyul ayında Fransa Prezidenti Emmanuel Makron xüsusi statusu olan bu adaya səfər edib və Korsikanın tam muxtariyyət məsələsini gündəmə gətirib. Bu yöndə aparılan işlərlə bağlı Korsika Məclisinə 6 aylıq bir müddət verib. Hazırda isə qeyd edilən müddət bitib və bu mövzunun yenidən masada müzakirə ediləcəyi gözlənilir. Həmçinin sabah "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə hücum nəticəsində ölümünün ildönümünə həsr olunan iclas keçiriləcək, ardınca isə etiraz aksiyası gözlənilir".
Qeyd edək ki, Korsikada müstəqillik tərəfdarı olan fəalları birləşdirən "Nazione" hərəkatının Makron hökuməti tərəfindən saxlanılan iki üzvü hələ də azadlığa buraxılmayıb.