Naxçıvan şəhərinin yolları qardan təmizlənib

A- A A+

NUHÇIXAN xəbər verir ki, dünən günorta saatlarından başlayaraq  Naxçıvan şəhərinə yağan qar küçə və prospektlərin, yaşayış massivlərinin, park və xiyabanların görkəmini tamamilə dəyişib.O da faktdır ki, qarın yağması bəzi hallarda yollarda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirir. Bunun qarşısını almaq üçün dünən axşam saatlarından başlayaraq Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tabeçiliyində olan müasir texnikaların köməyi ilə şəhərin mərkəzi küçələrini və yardımçı yolları qardan təmizləyib. Səkilərdəki qar kürənərək yük maşınlarına  yığılıb və şəhərdən uzaqlaşdırılıb. Bunun nəticəsidir ki, şəhərdə hərəkət edən piyadalar və avtomobillər heç bir çətiniliklə üzləşməyiblər. Qarın təmizlənməsi işləri  bugün də davam etdirilib.

Eyni zamanda  Naxçıvan şəhərində kollektivlər də çalışdıqları  idarə və təşkilatların qarşısını qardan təmizləyiblər. Bu da həmin ərazilərdə piyadaların rahat hərəkətinə imkan yaradıb.

Bir sözlə, yağan qar muxtar respublika sakinləri üçün əsl qış ab-havasını yaşadıb.

Cavid Səfərli 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: