Naxçıvan şəhərinin bir sıra məhəllələrinə suyun verlişi dayandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin 21-ci məhəlləsində içməli su xəttində qəza baş verib.
Qəza bu gün axşam saatlarında qeydə alınıb. Qəzaya səbəb əvvəlki illərdə istismara verilən boru xəttində qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Boru xəttinin partlaması nəticəsində Naxçıvan şəhərindəki 21-ci, 36-cı və yaxınlıqdakı digər bir sıra məhəllələrin içməli su verilişi müvəqqəti dayandırılıb.
Naxçıvan “Su kanalizasiya” İdarəsinin əməkdaşları ərazidə təmir-bərpa işlərinə başlayıblar.