Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.