Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir qaziyə dəstək göstərib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi qazisi Həsənov Hüseyn Azad oğlunu qəbul edib.

AHİK sədrinin müavini qazinin müraciətini dinləyib, onun səhhəti və problemləri ilə yaxından maraqlanıb.

Şura sədrinin tapşırığı ilə Hüseyn Həsənova övladının müalicəsinin Bakı şəhərində davam etdirməsi üçün müvafiq məbləğdə maddi dəstək göstərilib.

Vətən müharibəsi qazisi Şura tərəfindən müraciətinə qısa zaman ərzində baxılaraq həll edildiyinə görə təşəkkürünü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: