Çobanyastığı çayı həm çox dadlı, həm də olduqca faydalı içkidir.
NUHÇIXAN sizə bu dadlı çayın faydalarını təqdim edir.
1. Yaxşı yuxu
Çobanyastığının tərkibində "apigenin" adlı antioksidant var. Araşdırmalar göstərib ki, bu maddə yuxunu yaxşılaşdırır, sakitləşdirir, stressi azaldır.
2. Sağlam həzm sistemi
Çobanyastığı bağırsaqlara güclü antiseptik təsir edir, bağırsaqlarda iltihabı müalicə edir.
3. Xərçəngdən qoruyur
Çobanyastığı xərçəng əleyhinə təsirə malikdir. Amerika alimləri bir eksperiment zamanı xərçəng hüceyrələrinə çobanyastığı ekstraktı ilə təsir edirdilər. Məlum olub ki, ekstrakt həzm sistemi, süd vəzi, dəri, prostat vəzi və uşaqlıqda inkişaf edən xərçəng hüceyrələrinə öldürücü təsir edir.
Həmçinin çobanyastığı çayının istehlakı müxtəli növ xərçəngin riskini azaldır.
4. Şəkərli diabetin riskini azaldır
İtaliya alimləri aşkar ediblər ki, çobanyastığı çayı qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir, mədəaltı vəzinin hüceyrələrini qoruyur, vəzdə iltihabı azaldır.
5. Ürəyin sağlamlığı
Çobanyastığı çayı flavonoid maddələri ilə zəngindir. Bu maddələr arterial təzyiqini və xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damarların riskini azaldır.
6. Menstruasiya ağrılarını azaldır
Çobanyastığı çayı qadınlar üçün çox faydalıdır - menstruasiya zamanı spazm və ağrıları azaldır.
7. Baş ağrılarından xilas edir
Spazmolitik xüsusiyyətlərinə görə çobanyastığı çayı baş ağrılarını azaldır, miqren zamanı yardım edir.
8. Sağlam böyrəklər
Çobanyastığı iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Gün ərzində 1-2 fincan çobanyastığı çayını içə bilərsiniz. Çox içmək məsləhət görülmür.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.