Naxçıvanda ilk dəfə lavanda bitkisi əkilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitu tərəfindən 1 hektar ərazidə 13 min lavanda bitkisı əkilib.

Lavandanın əczaçılıq və kosmetika sənayesi üçün qiymətli xammal mənbəyi olan anqustifolia növünün əkini aparılır. Tinglər lavandanın vətəni olan Bolqarıstandan gətirilib. Bu bitki efir yağları ilə olduqca zəngindir. Aqrotexniki qaydalara düzgün riayət edildiyi təqdirdə 1 hektardan 150 kiloqrama qədər yağ əldə etmək mümkündür

Qeyd edək ki, lavandanın əkini sınaq məqsədilə aparılır. Sınaq əkinin nəticələrinə uyğun olaraq gələcəkdə lavanda plantasiyalarının genişləndirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: