Naxçıvanda işə düzəltmək adı ilə dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb - VİDEO

A- A A+

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Naxçıvan polisi  tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini  Murad Quliyev saxlanılıb.

O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə  pulunu mənimsəyib.
Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03,  545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: