UNİCEF Naxçıvanda təlimlərə başlayıb - VİDEO

A- A A+

BMT Uşaq Fondu, UNİCEF-in Azərbaycan Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 5 günlük təlimlərə başlayıb.

Təlimin ilk günündə hüquq-mühafizə, məhkəmə, icra və probasiya işçiləri, eləcə də Ombudsman Aparatının əməkdaşlarının iştirakı ilə “Yuvenal ədliyyə və uşaq ədliyyəsində beynəlxalq standartlar,  mülki və cinayət prosedurlarında uşaqyönümlü ünsiyyət və yanaşmanın tətbiqi” mövzusundan bəhs edilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova çıxış edərək “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının müddəalarının tələblərinə uyğun həyata keçirilən dövlət siyasətindən danışıblar.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: