Bahar Muradova: Qohum nikahları ilə bağlı məsələnin aktual olması hər birimizi narahat edir

A- A A+

Qohum nikahları ilə bağlı məsələnin aktual olması hər birimizi narahat edir. Azərbaycanda qohum nikahları ilə bağlı ənənələr hər zaman üstün tutulub. Ailə Məcəlləsinin 12-ci maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Tarixdən gələn ənənələrə əsasən isə bizdə ailələr bunu davam etdirirlər.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, övladlarının fiziki sağlamlığını düşünməyən insanların qanunla münasibətlərində həmişə problemləri olur.

"Qohum nikahları ilə bağlı məsələ hökumətin də diqqətindədir. 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildi ki, nikahdan əvvəl hər kəs tibbi müayinədən keçməlidir. Bu da bir sıra irsi xəstəliklərin, şikəst uşaqların doğulmasının qarşısını almaqda kömək edir. Eyni zamanda, Nazirlər Kabinetinin qohum nikahları ilə bağlı qaydası var. Bizim tədqiqatlarımıza əsasən, 2021-ci ildə 2363 qohum nikahı qeydə alınıb. Onlardan 204-ü boşanıb. 2022-ci ildə isə 2542 qohum nikahı qeydə alınıb, onlar arasında 608 boşanma hadisəsi baş verib”, - deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: