Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından daha iki qaziyə dəstək göstərilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev  I Qarabağ müharibəsi qazisi Mehdiyev İnqilab Mehdi oğlu və Vətən müharibəsi qazisi Əliyev Həmzə Məmməd oğlunu qəbul edib.

AHİK sədrinin müavini qazilərin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.

Şura sədrinin tapşırığı ilə İnqilab Mehdiyevə və Həmzə Əliyevə müvafiq məbləğdə maddi dəstək göstərilib.

Qazilər Şura tərəfindən problemlərinin qısa zaman ərzində həll edildiyinə görə minnətdarlqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: