Yoldaşı vəfat edəndən sonra evlənsə belə uşağına baxan ata pensiyaya tez çıxacaq

A- A A+

Yoldaşı vəfat edəndən sonra evlənsə belə uşağına baxan ata pensiyaya tez çıxacaq.

NUHÇIXAN-ın məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: