Azərbaycanda elektrik avtomobilləri ilə bağlı çatışmazlıqlar aradan qaldırılır - VİDEO
Azərbaycanda bir ay müddətində elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerlər müəyyən ediləcək. Bu, Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncamında öz əksini tapıb. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında həyata keçiriləcək. İndiyədək Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqəsinin say azlığı elektomobil sürücüləri üçün ciddi problemlər yaradırdı. Ekspertlər də Azərbaycanda bu sahə üzrə infrastrukturun yox səviyyəsində olduğu qənaətindədilər.
NTV xəbərin Bakı bürosu mövzu ilə bağlı süjet hazırlayıb.
NUHÇIXAN həmin süjeti təqdim edir: