Orxan Rzayev: Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib

A- A A+

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib. 9-cu şəxs 1952-ci il təvəllüdlü Nəcəfov Şiraslan Məlik oğludur.

NUHÇIXAN xəbər verir ki, bu sözləri bu gün Baş Prokurorluğunun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini Orxan Rzayev deyib.

O.Rzayev bildirib ki, istintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 1992-ci il fevralın 26-da Xocalı rayonu ərazisində itkin düşüb.

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində digər 8 nəfərin şəxsiyyəti:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il

4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935-ci il

(Xankəndi şəhər sakinləri)

6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: