Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb - VİDEO
NUHÇIXAN xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Saray”da müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
İftar süfrəsində əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizn əziz xatirəsi bir dəqidəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasının qazısı Sahib Məmmədov Müqəddəs Ramazan ayının fəzilətləri haqqında fikirlər söyləyib, Qurani-Kərimdən ayələr oxuyub.
Tədbirdə çıxış edənlər Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı olmasını qeyd edərək ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən bəhs edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra qüdrətli ordumuzun gücündən, əsgərlərimizin şücaətindən bəhs edən videoçarxlara baxış olub.