Martın 20-i saat 07:00-a olan məlumata əsasən muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.
Bu barədə NUHÇIXAN-a muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, 07:00-da qarın hündürlüyü Küküdə (Şahbuz) 6 sm, Biçənəkdə (Şahbuz) 6 sm,
Nürgütdə(Ordubad) 10 sm, Ərəfsədə (Culfa) 4 sm və Parağaçayda (Ordubad) 3 sm olub.
Yağıntının miqdarı isə Naxçıvan şəhərində 23 mm, Şahbuzda 20 mm, Şərurda 38 mm, Ordubadda 8 mm, Culfada 11 mm, Kəngərlidə 30 mm, Sədərəkdə 21 mm, Biçənəkdə (Şahbuz) 12 mm və Parağaçayda (Ordubad) 11 mm olub.