İşğaldan azad edilmiş ərazilərlə bağlı ermənilərin etirafı - VİDEO
Ermənilər tərəfindən Naxçıvan istiqamətindəki uğursuzluqlarını əks etdirən videomateriallar hələ də yayınlanmaqdadır. Sadə ermənilər Azərbaycan Ordusunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazini azad etməsi faktını təsdiqləyir və bu yolla Ermənistan hökumətinin öz xalqına söylədiyi yalanları ifşa edirlər. NUHÇIXAN Areni (Arpa) kəndinin sakini tərəfindən həmin ərazilərdən çəkilən və həyəcanla şərh edilən videomaterialı və ermənicə səsləndirilən mətnin tərcüməsini təqdim edir:
-Hörmətli həmvətənlər, indi döyüş mövqeyindəyik. Bir az aralıda Areni kəndi istiqamətində Azərbaycanın mövqeləri görünür. Bu yerləri Azərbaycan tərəfi zəbt edib. Barmağımla işarə etdim dağı və təpələri də onlar zəbt ediblər. Bizim yeganə mövqeyimiz cığırla qalxan bu yoldur. Bu böyük təpə və zirvəyə azərbaycanlılar hakimdirlər. Bütün kəndə nəzarət edirlər, əkin sahələrini atəşə tuturlar. Buralar bizim sahələrdir. Xahiş edirəm, baxın, son əməliyyatlar zamanı sahələrə od düşüb. Bu ərazilər Nikol Paşinyanın hakimiyyətə gəldiyi gün verilib və mayın 8- 27-də düşmən bu mövqelərə qalxaraq yüksəkliklərdə möhkəmlənib. Hakimiyyət iddia edir ki, bu təhlükə kəsb etmir, bu tamamilə yalandır. Bizim mövqe türklərin cinahında qalıb. Baxın, azərbaycanlılar kəndə buradan nəzarət edirlər. Ancaq bizim mövqe digər hissədə qalıb. Gördüyünüz kimi, onlar bu bağlara da tam nəzarət edirlər, çünki açıqca onların qarşısındadır. Bu videonu ona görə hazırlamışam ki, hakimiyyətin boşboğazlığını dayandırmaq istəyirəm. Guya “hər şey qaydasındadır”,- deyirlər, ancaq heç nə qaydasında deyil. Heç nəyə də nəzarət etmirlər.
Əziz həmvətənlər, Areni təhlükə altındadır. Bundan əlavə, kənddə xeyli problemləri var. Yəqin Nikol Paşinyan bu kəndlə maraqlanmır, o, bu kəndi Çinarı və Movses kəndləri ilə müqayisə edir. Ancaq bu kənd son zamanlara qədər heç vaxt atəş səsi eşitməyib. Belə müqayisəni yanlış hesab edirəm.