Kərkililər ata-baba yurdlarına qovuşacaqlarına əmindirlər - VİDEO
Yeni Kərkidə salınan evlərdə Ermənistan tərəfindən işğal olunan Azərbaycanın anklavda olan 8 kəndindən biri, Kərkidən köçənlər məskunlaşıb. 30 ildən artıqdır ki, öz doğma ocaqlarından ayrı düşən kərkililər Yeni Kərkidə, Sədərəkdə və muxtar respublikanın digər bölgələrində məcburi köçkün həyatı yaşayırlar. Onlar hər cür dövlət qayğısı ilə əhatə olunmalarına baxmayaraq, öz kəndlərinin düşməndən azad ediləcəyinə, yenidən öz ata-baba yurdlarına qovuşacaqlarına əmindirlər. Buna səbəb isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, ordumuzun gücü, müstəqil dövlətimizin nüfuzu və qüdrəti, xalqımızın birliyidir.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: