Gal-Şurud avtomobil yolunda yaranan məhdudiyyətlər aradan qaldırılıb - FOTOLAR
Muxtar respublikaya yağan güclü yağış nəticəsində yaranan sel suları Gal-Şurud kənd avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib və yolun bəzi hissələri yararsız hala düşüb.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.
Qreyder vasitəsilə yolda hamarlanma işləri aparılıb və hərəkətin fasiləsizliyi, təhlükəsizliyi təmin olunub.