Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb - VİDEO
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qaya uçqunu tamamilə aradan qaldırılıb.
Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem dərhal aradan qaldırılsa da, yolun yuxarı hissəsindəki iri qaya parçası təhlükə yaratdığından texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb.
Bu gün qaya parçası partladıldıqdan sonra Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yolun tam olaraq təmizlənməsi təmin olunub.