Ötən gün Xankəndi şəhərində silah və sursatlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 29-da Xankəndi şəhəri ərazisindən ümumilikdə 5 avtomat silahı, 2 tapança, 1 tüfəng, 11 qumbara, 8 alışdırıcı, 19 patron darağı, müxtəlif çaplı 4263 patron və digər sursatlar aşkar olunaraq götürülüb.