Naxçıvanda bu ilin mart ayı ərzində 1690 aztəminatlı ailəyə 808 min manat ünvanlı dövlət sosial yardımı ödənilib - FOTOLAR

A- A A+

Naxçıvanda bu ilin mart ayı ərzində 1690 aztəminatlı ailəyə 808 min manat ünvanlı dövlət sosial yardımı ödənilib.

Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Naxçıvanda 44 min 694 şəxsə bu ilin mart ayı ərzində 21 118 640 manat əmək pensiyası ödənilib. 172 vətəndaşa müraciəti olmadan pensiya təyinatı aparılıb, 214 nəfərə isə əmək pensiyası təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: