Müqəddəs Ramazan ayında iftar süfrəsi açılıb - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Naxçıvan Saray”da müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı olmasını qeyd edərək ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən bəhs edib, bayram münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmaqla həm də savab əməllər, xeyirxah işlər üçün bir vəsilədir.
Sonra dualar oxunub, iftar süfrəsi açılıb.
Tədbirdə çıxış edənlər Müqəddəs Ramazan ayının fəzilətləri haqqında fikirlər söyləyib, dövlətimizə və millətimizə xeyir-dualar ediblər.