Ağbulaq kənd sakinlərinə əmlaklarının texniki sənədləri verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması barədə tapşırıqlar verib. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları verilən tapşırıqların icrasını təmin etmək məqsədi ilə kənddə olub. Vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün kənddə səyyari xidmət qrupu fəaliyyətə başlayıb. Bütün texniki işlər başa çatdırıldıqdan sonra bir qrup vətəndaşa əmlaklarının texniki sənədlərini və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar paylanılıb.
Kənd sakinləri də göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Novruz Məmmədov