Ağdaban faciəsindən 32 il ötür - VİDEO
Erməni separatçıları Ağdabanda 67 nəfəri qətlə yetirib, 130 evdən ibarət kəndi tamamilə yandırıb, 779 nəfəri amansız işgəncəyə məruz qoyublar. Bir zaman əli- ayağı yalın baş götürüb qaçan kənd sakinləri indi əllərində qərənfil və bayraq, gözlərində yarı kədər, daha çox qürurla öz torpaqlarını ziyarət ediblər.
Ntv xəbərin Bakı bürosu bu dəfə kəlbəcərlilərlə birlikdə onların doğma yurduna yollanıb, 32 il öncə törədilən erməni vəhşiliyinin izlərini və faciə şahidlərinin gözləri dolaraq, ürək ağrısı ilə danışdığı faktları bizlərə çatdırır.
NUHÇIXAN həmin reportajı təqdim edir: