NUHÇIXAN xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. İftar süfrəsində 100-ə yaxın insan iştirak edib.
Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.
İftar mərasimində çıxış edənlər on bir ayın sultanı olan Ramazanın fəzilətindən danışıb, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyib.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.