NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Babək rayonunda vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu aprel ayının 22-də Babək Rayon İcra və Probasiya Şöbəsində aparılacaqdır. Vətəndaşlar qəbula Babək Rayon İcra və Probasiya Şöbəsinə (ünvan: Babək Rayon Babək şəhəri, Heydər Əliyev prospekti, əlaqə telefonu: 036 541-35-36, 070 330-05-80), habelə Ədliyyə Nazirliyinin (036 544-54-70, 050 558 38 00 nömrəli telefon və [email protected] elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.