Naxçıvanda nasos stansiyalarından əkin sahələrinə suvarma suyunun verilməsi təmin edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən Araz çayından qidalanan nasos stansiyasından əkin sahələrinə suvarma suyunun verilməsi təmin edilib. 

Cəmiyyətdən NUHÇIXAN-a verilən məlumata görə, “Araz-1” və “Araz-2” nasos stansiyasiyalarının təzyiqli boru xətlərində diametri 630 və 720 millimetrlik ümumi uzunluğu 6000 metr olan qoşa xəttində təqribən 250 metr hissəsi çevrilmiş, ümumilikde 12 ədəd birləşmədən qırılan hissələri qaldırıcı texnika ilə qaldırılaraq qaynaq edilmiş, 580 metr çürümüş və deşilmiş hissələrdə təmir-bərpa işləri yekunlaşdırılaraq Nehrəm qəsəbəsinin əkin sahələrinə suvarma suyu verilmişdir.

Həmçinin Cəmiyyətin tabe idarələri olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi və Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xətlərində olan 8 ədəd birləşmədən qırılan hissələr, ümumi uzunluğu 9000 metr olan qoşa xətdə, ümumilikdə 12 ədəd birləşmədən qırılıb düşən hissələr qaldırıcı texnika vasitəsilə qaldırılaraq qaynaq edilmiş, çürümüş və deşilmiş hissələrdə təqribən 420 metr hissəsində təmir-bərpa işləri yekunlaşmışdır. Görülən işlərin nəticəsində Kəngərli raonunun Xok və Böyükdüz kəndlərinin əkin sahələrinin suvarılmasına xidmət edən “Azərbaycan” nasos stansiyasının Xok və Böyükdüz xəttinə suyun verilməsi təmin edilmişdir. 

Hal-hazırda nasos stansiyalarının digər təzyiqli boru xətlərində də cari təmir-bərpa işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: