Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsində magistral su xəttində qəza baş verib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir. Borunun partlaması nəticəsində 2-ci və 3-cü mikrarayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Naxçıvan Su kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.