Soyuq qış günlərində vaxtınızın çoxunu evdə keçirir və yemək yeməyə daha həvəsli olursunuz.
Bu günlərdə iştahanız artdığı üçün artıq çəkilər qazanırsınız. Ancaq qışda kökəlməmək üçün bəzi tövsiyələrə əməl etməniz yetərlidir.
Səhər yeməyini yaddan çıxarmayın
NUHÇIXAN bildirir ki, səhər yeməyini yeməyənlərin yeyənlərdən fərqli olaraq gündəlik qəbul etdiyi kalori miqdarı daha çoxdur. Gün boyunca enerjili, xoşbəxt və tox hissetmənin ən əsas təməli isə səhər yeməyidir.
Maye qəbul etməyi unutmayın
Su və bitki çayları kimi mayelər qəbul edildiyində sadəcə maddələr mübadiləsi sürətlənmir. Araşdırmalar onu ortaya çıxarıb ki, az maye qəbul edənlər daha çox aclıq hissi çəkirlər. Bəzi insanlar isə beyindən gələn aclıq və susuzluq siqnallarını isə qarışdırır. Buna görə ac olduğunuzu düşündüyünüzdə əvvəlcə su için.
Hər yeməkdə protein qəbul edin
Proteinli qidalar həzmi boyunca maddələr mübadiləsini sürətləndirir, həm də daha uzun müddət tox saxlayır. Hər əsas yeməkdə süd məhsulları, ət, toyuq, balıq kimi heyvan mənşəli qidalar yeyin.
Şorba için
Yeməkdə şorba içənlərin uzun müddət tox qaldıqları və yeməyənlərdən fərqli olaraq təxminən 100 kalori az yeməyə meylli olduqları deyilir. Az yağlı və bol tərəvəzli şorba əlavə edin.
Omega 3-lə zəngin qidalanın
Omega 3 yağ turşuları depressiyaya faydalıdır və daha xoşbəxt hiss etmənizə yardımçı olur. Beləcə, daha çox xoşbəxt olmaq üçün artıq karbohidrata ehtiyac duyuruq. Bu yağların ən keyfiyyətli qaynağı balıqdır. Quru çərəzlər, kətan toxumu, Chia toxumu, semizotu kimi qidalarda bitki mənşəli Omega 3 var.
Təbii iştaha kəsicilərdən yararlanın:
Avokado: Avokado sağlam yağ tərkibi ilə toxluq hissini uzadır. Salatlara əlavə etməklə yanaşı krakerlərlə də yeyə bilərsiniz. Kalorisi yüksək olduğu üçün yarım avokadodan çox yeməyin.
Yumurta: Yüksək protein tərkibli yumurta uzun müddət tox tutur.
Şirin kartof: Şirin kartofun tərkibində olan nişasta növü uzun müddət toxluq hissi verir. Həmçinin A və C vitamin qaynağıdır.
Toz, ya da pul qırmızı bibər: Yarım çay qaşığı pul bibər o anda maddələr mübadiləsini 10 kalori qədər sürətləndirməklə yanaşı, sonrakı yemək saatlarında 60 kalori daha az qəbul etmənizi təmin edir.
Badam: Uzun müddət tox saxlayır.
Hərəkət etməyin yollarını tapın
Fiziki aktivliyin artırılması da şərtdir. Əgər bayıra çox çıxmırsınızsa, evdə də kalori yandıra bilərsiniz. 15 dəqiqə ev təmizləyərək 80, 15 dəqiqə qab yuyaraq 30 kalori yandırmaq mümkündür. Həm də evdə 1 saat yoqa etmək 240 kalori yandırır.