Naxçıvanda autizmli uşaqların iştirakı ilə tədbirlər keçirilib - VİDEO
Autizm Maarifləndirmə Ayı çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyinin müəllim və şagird kollektivi, autizmli gənclərdən ibarət "Mavi Ürəklər" Xor və Ritm qrupunun Naxçıvan şəhərinə səfəri təşkil olunub.
Cahan Holdingin sponsorluğu, Naxçıvan Muxtar Respublikası “Sevinc-Milli-Mənəvi Dəyərlər və Müasir Çağrışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyi və "Birgə və Sağlam" İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan səfərin məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: