Hərbi institut, lisey və kolleclərə sənəd qəbulu davam edir - VİDEO
Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollec yaradılır. Onlardan biri də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərəcək. Artıq Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə sənəd qəbuluna başlanılıb.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: