Naxçıvanda 22 Aprel - Beynəlxalq Yer Günü qeyd olunub

A- A A+

Beynəlxalq Yer Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahbuz rayonunun Biçənək kəndində yerləşən Biçənək meşəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aksiya Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə baş tutub. Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun ağaclar, eyni zamanda, muxtar respublikada ilk dəfə sınaq məqsədilə nazirliyin toxmacarlıq sahələrində yetişdirilən şabalıd tingləri əkilib.

Qeyd edək ki, bu gün nazirliyin və aidiyyəti tabeli qurumların əməkdaşlarının iştirakı ilə Batabat ərazisində də meşəbərpa işlərinin aparılması üçün torpaqda şırımlar açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: