Kəngərlidə yazıçı-jurnalist Əlmaniz Ələkbərlinin "Kəngərli şəhidləri" adlı kitabının təqdimatı keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərlidə yazıçı-jurnalist Əlmaniz Ələkbərlinin "Kəngərli şəhidləri" adlı kitabının təqdimatı keçirilib.

Rayon Mədəniyyət Sarayında keçirilən təqdimatdan öncə müəllifin yaradıcılığını əks etdirən sərgiyə baxış olub. Sərgidə yazıçı-jurnalist Əlmaniz Ələkbərlinin "Zaqatala şəhidləri", "Şanlı tarix yazanlar", "Kəngərli şəhidləri", "Zəfər tarixi yazanlar", "Zaqatala almanaxı", "Qax-Balakən almanaxı", "Şərəfli ömür yolu" kitabları barədə qısa məlumat verilib.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin   əməkdaşı Samirə Məmmədova, akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müəllimi Anar Qasımov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Yurdoğlu çıxış edərək müəllifin yaradıcılığından, o cümlədən təqdimatı keçirilən “Kəngərli şəhidləri” kitabından söz açıblar.

Çıxış edənlər Kəngərli yurdunun vətənpərvər övladlarının Vətən müharibəsində xüsusilə fərqləndiklərini diqqətə çatdırıb, şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərindən söhbət açıb, “Kəngərli şəhidləri” kitabının gənclərin vətənpərvər ruhda böyümələrində özünəöməxsus rola malik olacağını ifadə ediblər.

Sonda yazıçı-jurnalist Əlmaniz Ələkbərli tədbirin təşkilinə göstərilən dəstəyə görə təşəkkür eidb, bundan sonra da Vətənin qəhrəman övladları barədə kitablar yazacağını bildirib.

Sonda Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən şair Elxan Yurdoğlunun "Zəfər marşı" şeiri əsasında hazırlanmış kompozisiyası nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: