“İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda seminarlar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin təşkilatçılğı ilə Prokurorluğun Cinayət  təqibindən  kənar  icraatlar şöbəsi ilə birlikdə rayon (şəhər) prokurorluqlarında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan müvafiq dövlət orqanları əməkdaşlarının iştirakı ilə seminarlar keçirilib.
 
Seminarlarda prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov  və Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti mövzusunda məruzələr ediblər.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: