Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, həmin Qərarda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilsin”.